...

"Araz" futbol klubunun prezidenti:"Araz"ın bir məqsədi var – bütün görüşlərdə qələbə

Cəmiyyət Materials 5 Dekabr 2006 12:06 (UTC +04:00)

"UEFA Kubokunun elit raundunda "Araz"ın yalnız bir məqsədi olacaq - bütün görüşlərdə qələbə. Bu barədə Trend ə futzal üzrə ölkə çempionatının prezidenti Zaur Axundov Avropa kubokunun Polşada keçiriləcək ikinci mərhələ oyunlarından öncə bildirb.

O qeyd edib ki, öncəki görüşlərdə komanda Almaniya, İsveç və Xorvatiyadan olan rəqiblərini yenərək gözəl oyun nümayiş etdirib. Z.Axundov bildirib: "İndi rəqiblər daha mürəkkəb olacaq, lakin bizim üçün ən əsası öz oynumuzu nümayiş etdirməkdir. Bu halda biz qələbə üçün bütün şanslara malik olarıq. Bizim üçün ən əsası - nizam-intizamdır".

Xatırladaq ki, dekabrın 5-də Arkadiy Belının yetirmələri Polşanın "Xojuvı", bundan sonra Belçikanın ikiqat trofey sahibi "Akson-21" komandası ilə gücünü sınayacaq, daha sonra Serbiyanın "Marbo" komandası ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti