...

Bütün Qafqazın şeyxi Novruz bayramı münasibəti ilə xalqı təbrik edib

Cəmiyyət Materials 19 Mart 2007 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına bu gün ünvanladığı təbrikində bu bayramın dövlətimiz və millətimizin uğurlu inkişafına rəvac verdiyini, Qarabağı azad etmək əzmimizi gücləndirdiyini deyib. Şeyxülislam qeyd edib ki, Azərbaycan xalqının firavan gələcəyinə, dinc həyatına, tərəqqisinə prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi dövlət siyasəti təminat verir. Onun sözlərinə görə, xalq bu intibah yolunu dəstəkləyir.

Şeyxülislam qeyd edib ki, qədim Novruz bayramının əsil mahiyyəti insanları saflığa, xoş əməllərə, xeyirxah işlərə sövq etməsi, süfrələrə bərəkət gətirməsi, mənəviyyatı kamilləşdirməsidir. Paşazadə Allahdan xalqımızın üzərindən mərhəmətini əksik etməməsini, xoş niyyətlərimizin gerçəkləşməsini arzu edib.

Xəbər lenti

Xəbər lenti