...

Qrossmeyster Şəhriyar Məmmədyarov İspaniya turnirində iştirak edəcək

Cəmiyyət Materials 6 Aprel 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycan şahmatçıları aprelin 6-da İspaniyada keçiriləcək sürətli şahmat üzrə Beynəlxalq turnirdə iştirak edəcəklər. Milli Federasiyanın prezidenti Faiq Qasımovun Trend ə verdiyi məlumata görə, Priney adalarında FİDE-nin reytinqində 6-cı yerdə olan Şəhriyar Məmmədyarov, həmçinin Rauf Məmmədov və Fərhad Tahirov çıxış edəcəklər.

Yarışın cəmi 3 gün davam etməsini nəzərə alaraq idmançılar gündə bir neçə oyun partiyası keçirəcəklər. Məmmədyarov favoritlərdən biri hesab olunur. O, bu il yalnız Fransada komanda çempionatında iştirak edib və böyük turnirlərdə qonaq olmayıb.

Qeyd etmək lazımdır ki, yarışın hakimlərindən biri təşkilatçılardan müvafiq dəvətnamə alan beynəlxalq dərəcəli münsif F.Həsənov olacaq.

Xəbər lenti

Xəbər lenti