...

Dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının tərkibi Polşadakı turnirdən sonra müəyyənləşəcək

Cəmiyyət Materials 8 Avqust 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan yığmasının məşqçi korpusu həftəsonu Polşada keçiriləcək beynəlxalq turnirin yekunlarına əsasən Bakıdakı dünya birinciliyində çıxış edəcək heyəti müəyyənləşdirəcək.

Trend in xəbərinə görə, baş məşqçi Yaqub Məmmədov heyətin əsasını artıq müəyyən edib. Lakin bəzi çəki dərəcələrində hələlik rəqabət davam edir. Məsələn, 66 kq-dək çəki dərəcəsində çıxış etmək üçün münasibətləri Avro-2005-in finalçısı Elman Əsgərovla Almaniyadakı Qran-Pri-nin qalibi Ramazan Abdurəhmanov aydınlaşdıracaqlar.

74 kq-dək çəki dərəcəsində birinci olmağa isə Afina olimpiadasının iştirakçısı Elnur Aslanovla Bolqarıstandakı qitə birinciliyinin bürünc mükafatçısı Çamsular Çamsularayev iddia edir.

Bununla əlaqədər məşqçi Polşadakı yarışdan sonra qəti qərar vermək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti