...

"Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru vergi cinayətində ittiham olunur

Cəmiyyət Materials 4 Sentyabr 2007 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoruna qarşı yeni ittiham irəli sürülüb. "Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru Üzeyir Cəfərov Trend ə bildirib ki, Fətullayevə qarşı açılmış cinayət işinin məhkəmə perspektivi olmadığından, ona qarşı vergi ödəməkdən yayınma ittihamı irəli sürülüb. Cəfərovun sözlərinə görə, Fətullayevin baş redaktoru olduğu qəzetlərin əməkdaşlarının əmək haqqlarını hansı formada almaları və qəzetin maliyyəsi ilə bağl dindirilməsi ona belə bir ittihamın veriləcəyini istisna etmirdi: "Əvvəlki ittihamlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayacaq. Ona görə də bu ittiham irəli sürülüb".

Fətullayevə qarşı terrorçuluqla hədələmə, həmçinin, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyi qızışdırma maddələri ilə açılmış cinayət işinin istintaqı da artıq yekunlaşıb.

Fətullayevin vəkili Aydın Nəzərli bildirib ki, baş redaktor istintaqın qeyri-obyektiv aparıldığını əsas gətirərək ifadə verməkdən və istintaq materialları ilə tanış olmaqdan imtina edib.

"Qarabağ gündəliyi" adlı məqaləsində xocalılıları təhqir etməkdə ittiham olunan Fətullayev aprelin 20-də Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında iddiası əsasında Bakının Yasamal rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Baş redaktor məqalədə öz adından heç bir fikir vermədiyini və  dərc edilən fikirlərin onun müsahiblərinə məxsus olduğunu deyib.

Aprelin 20-də Fətullayev Bayıldakı 1 saylı İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasına köçürülüb.

Mayın 16-da MTN Cinayət Məcəllsinin 214.1-ci (terororçuluqla hədələmə) maddəsi ilə cinayət işi açıb. Sonradan ona Cinayət Məcəllsinin 283.2.2-ci (qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddələri ilə də ittiham elan olunub.

Xəbər lenti

Xəbər lenti