...

"Qarabağ" vacib qələbə qazandı, "İnter" isə çempionluq yolunda davam edir

İdman Materials 20 Fevral 2012 18:33 (UTC +04:00)
Unibank Premyer Liqasının XXI turu çərçivəsində bazar ertəsi "Qarabağ" (Ağdam) - "Kəpəz" (Gəncə) matçı baş tutub.
"Qarabağ" vacib qələbə qazandı, "İnter" isə çempionluq yolunda davam edir

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Unibank Premyer Liqasının XXI turu çərçivəsində bazar ertəsi "Qarabağ" (Ağdam) - "Kəpəz" (Gəncə) matçı baş tutub.

Trend-in məlumatına görə, Quzanlı Olimpiya İdman Kompleksində "Kəpəz"i qəbul edən "Qarabağ" klubu 27-ci dəqiqədə Georgi Adamiyanın vurduğu qolla vacib qələbə qazanaraq, xalını 35-ə çatdırdı.

90-cı dəqiqədə "Kəpəz"in futbolçusu Əli İsmayılov qırmızı vərəqə alıb.

XXI tur çərçivəsində keçirilən digər oyunda Zaqatalanın "Simurq" klubu paytaxtın "Bakı komandasını qəbul edib. Aleksandr Soliç (2-ci dəq.) və Serjio Pardonun (63-cü dəq.) qolları ilə "Bakı" 3 xalı aktivinə yazıb.

Çempionluq yolunda uğurla addımlayan "İnter" Bakı isə Şəfa stadionunda "Sumqayıt"ı qəbul edib. Matçın 34-cü dəqiqəsində Baçana Sxadadze "İnter"i önə çıxarıb. I hissədə Arif Daşdəmirovun qırmızı vərəqə almasına baxmayaraq, 65-ci dəqiqədə Vladimir Levin "İnter"in qələbəsini (2:0) təmin edib.

Xəbər lenti

Xəbər lenti