...

Bakı Olimpiya Stadionunun tikiləcəyi ərazidə işlər geniş vüsət alıb (FOTO)

İdman Materials 8 Dekabr 2012 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Azərbaycanda, xüsusilə Bakı şəhərində infrastruktur sürətlə inkişaf edir, yeni müasir binalar, yol qovşaqları və dövlət əhəmiyyətli obyektlər bir-birinin ardınca istifadəyə verilir. Yaxın gələcəkdə tikintisinə başlanılacaq Bakı Olimpiya Stadionu da bu qəbildən olan tikililərdən biridir.

Trend "Ekol Mühəndislik Xidmətləri" QSC-yə istinadən məlumat verir ki, artıq cari ilin may ayından başlayaraq stadionun tikiləcəyi ərazidə süni gölməçələrin qurudulması və torpaqlama işlərinə başlanıb. Bu işlərin icrası isə ARDNŞ-yə həvalə edilib.

QSC də bu layihənin iştirakçısıdır. ARDNŞ-nin Sosial İnkişaf İdarəsi ilə bağlanmış "Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması" müqaviləsinə əsasən, QSC ərazidəki fekal suların kənarlaşdırılması layihəsini uğurla həyata keçirir. İcra müddətində QSC əraziyə lazımi texnika, avadanlıq və işçi qüvvəsi cəlb edib, müqavilə üzrə nəzərdə tutulmuş işlər təqvim planına uyğun yerinə yetirilib.

Layihə ərazisində fasiləsizliyin və operativliyin təmin olunması məqsədilə QSC-nin Tullantıların Emalı Departamenti (TED) də noyabrın III ongünlüyündən ərazidə fasiləsiz iş rejiminə başlayıb. İcra müddətində TED ərazidən 411 min 155 kubmetrə qədər fekal suları kənarlaşdırıb.

TED layihənin icrasının yüksək səviyyədə davam etdirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti