...

Nikolay Tolstıx: Azərbaycan millisi böyük potensialı olan perspektivli komandadır

İdman Materials 21 Dekabr 2012 13:13 (UTC +04:00)
Azərbaycan millisinin uğurlarının səbəbi ölkədə futbolun inkişafı məqsədilə həyata keçirilən ciddi layihələrdir. Trend-in məlumatına görə, bunu AFFA-nın rəsmi saytına müsahibəsində Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx deyib.
Nikolay Tolstıx: Azərbaycan millisi böyük potensialı olan perspektivli komandadır

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Azərbaycan millisinin uğurlarının səbəbi ölkədə futbolun inkişafı məqsədilə həyata keçirilən ciddi layihələrdir. Trend-in məlumatına görə, bunu AFFA-nın rəsmi saytına müsahibəsində Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx deyib.

"Azərbaycan millisi böyük potensialı olan perspektivli komandadır. Bu mülahizəmi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bir müddət əvvəl "Lujniki" stadionunda keçirilmiş Rusiya - Azərbaycan oyunu da doğrultdu. Berti Foqts kimi təcrübəli məşqçinin uzunmüddətli rəhbərliyi ilə Azərbaycan millisi son illər nəzərəçarpan uğurlar qazanır və istənilən komadanın hesablaşmağa məcbur olduğu ciddi rəqibə çevrilir. Azərbaycan millisinin uğurlarının səbəbi ölkənizdə futbolun inkişafı məqsədilə həyata keçirilən ciddi layihələrdir. Şübhə yoxdur ki, onların gerçəkləşdirilməsi gələcəkdəki uğurlara böyük töhfə verəcək", - Tolstıx bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti