Azərbaycan, Bakı, 18 yanvar /Trend/
"Barselona"nın əsas qapıçısı Viktor Valdes komanda ilə müqaviləsinin müddətini uzatmaqdan imtina edib.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Valdes bildirib ki, komandanı tərk etmək qərarına gəlib, çünki "digər mədəniyyətlər və başqa futbolla tanış olmaq istəyir".
Dünya və Avropa çempionunun hazırkı müqaviləsinin müddəti 30 iyun 2014-cü ildə başa çatır. Bu səbəbdən növbəti mövsüm onun üçün katalon klubunda son mövsüm olacaq.