...

Bakı 2015 Oyunları Akademiyası öz işinə başlayıb (FOTO)

İdman Materials 18 Aprel 2014 15:12 (UTC +04:00)
Bakı 2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsi Məzun Təlim Proqramı üçün ərizələrin qəbuluna start verir.
Bakı 2015 Oyunları Akademiyası öz işinə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bakı 2015 Oyunları Akademiyası öz işinə başlayıb.

Bakı 2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsi Məzun Təlim Proqramı üçün ərizələrin qəbuluna start verir.

Trend-in məlumatına görə, Oyunlar Akademiyasının yaradılmasında məqsəd Çevik öyrənmə üsulları ilə birgə Azərbaycan və bütün Avropadan olan universitet məzunlarının Məzun Təlim Proqramında iştiraklarını təmin etmək, yerli qrup üzvlərinin bacarıq və Oyunlarla bağlı biliklərini artırmaqdır.

Hər iki proqram Oyunlar Akademiyasına Azərbaycanda potensial və dəyərli yerli irsin formalaşmasına dəstək olmaq imkanı verecek.

Bu unikal təşəbbüsə Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilə Azərbaycan Gənclər Fondu rəhbərlik edir və Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən təsdiq edilir.

Azərbaycanın gənclər və idman naziri və Bakı 2015 İlk Avropa Oyunlarının icraçı direktoru Azad Rəhimov Məzun Təlim Proqramını şərh edərkən deyib: "Bu, Azərbaycandan və bütün Avropa ölkələrindən olan gənclərə İlk dəfə baş tutacaq Bakı 2015 İlk Avropa Oyunlarının uğurlu keçməsinə yardım göstərmələri üçün yaradılan imkandır. Biz bu cür məqsədli gənc məzunların yolunu gözləyirik və onlara ilk karyera uğurlarını dünyanın möhtəşəm idman tədbirinin təşkilində qazanmaları üçün köməklik göstərəcəyik".

2012-2014-cü illər arasında məzun olmuş istedadlı və həvəsli gənclər Məzun Təlimi Proqramına müraciət etməyə dəvət olunur.

İlk Avropa Oyunlarında təcrübə toplamaq və öz istedadlarını artırmaq imkanı bəxş edən Məzun Təlimi Proqramı 199 namizədi (Azərbaycan universitetlərindən 150 nəfər və Oyunlarda iştirak edəcək ölkələrin Milli Olimpiya Komitələrindən bir nəfər olmaqla 49 nəfər) əhatə edəcək.

Proqrama üç həftəlik intensiv təlim daxil ediləcək və bundan sonra iştirakçıların üzərinə bir il müddətində Oyunları planlaşdırmaq və həyata keçirmək kimi real öhədlik qoyulacaq. Onlara bu işdə beynəlxalq ekspertlərdən ibarət liderlər və təlimçilər yardım edəcək və namizədlər sınaq tədbirlərində və Oyunların keçiriləcəyi vaxt ərzində geniş təcrübə toplayacaqlar.

Yerli BAOƏK qrupu, həmçinin Çevik Öyrənmə Üsulu təşəbbüsündən yararlanacaq və bu təşəbbüs onları tədbirin idarə edilməsi və çoxsaylı idman tədbirləri üzrə əsas bacarıq və hazırlıq kursları ilə təmin edəcək. Bu kursları təcrübəli qrup üzvləri keçirəcək və namizədlər Oyunlarla bağlı yerinə yetirəcəkləri vəzifələrə hazırlıqlı olacaqlar.

Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hiki çıxısı zamanı bildirib: "Bakı 2015 Oyunlar Akademiyası Bakı 2015-İlk Avropa oyunlarının irəli sürdüyü tam yeni innovativ ideyadır, Azərbaycandan və Avropanın istənilən yerindən olan gənclər üçün olduqca faydalı olacaqdır. Bu akademiya AOK və BAOƏK-in idmanın idarə edilməsi ilə bağlı yüksək təcrübə nümayiş etdirmək məqsədilə İlk Avropa Oyunları üçün eyni missiyanı paylaşmasının bir nümunəsidir. BAOƏK-in istifadə etdiyi təchizat tərəfdaşları da Azərbaycan xalqının bu ideyanı dəstəklədiyini göstərir. Mən xüsusi olaraq Avropa Milli Olimpiya Komitələrinin bu Akademiyanın bir hissəsi olmaq üçün dəvət olunması təşəbbüsündən məmnunam və əminəm ki, Məzun Təlimi Proqramındakı 199 gənc Oyunların təşkilatçılarına və AOK-a faydalı yardım göstərəcəklər".

Bakı 2015 Oyunları Akademiyasının təşkil olunması ilə bağlı Azərbaycan Gənclər Fondunun sözçüsü bildirib: "Azərbaycan Gənclər Fondu, Azərbaycan Respubikası Prezidentinin himayəsi altında, Bakı 2015 Oyunları Akademiyasının inkişafına yardım etməkdən şərəf duyur və inanır ki, bu innovativ təşəbbüs gənclərimizi həvəsləndirəcək və inkişafına dəstək verəcək olduqca möhtəşəm və uzun müddət davam edəcək bir addımdır".

Oyunlar Akademiyasının məsul şəxsi Gavin McAlpine deyib: "İnanırıq ki, Oyunlar Akademiyası irimiqyaslı tədbirlər sənayesində unikal bir hadisə olacaq. İlk dəfə olaraq bu cür irimiqyaslı tədbirdə insanlar, korporativ təşkilatlarda gələcək karyeralarını müəyyən edəcək bilik və təcrübə əldə edə biləcəklər".

Gələcək nəsillərə geniş imkanlar yaratmaq, karyeranızda irəliləyiş əldə etmək və digər proqramlara bənzəməyən məzun təlimi proqramının bir hissəsi olmaq istəyirsinizsə http://www.baku2015.com/en/gamesacademy İnternet saytında Məzun Təlimi Proqramına müraciət edin.

Ərizələr 08.05.2014 tarixinədək qəbul edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti