...

Bakıda ilk Avropa Oyunlarının başlanmasına bir il qalması münasibətilə atəşfəşanlıq olacaq

İdman Materials 9 İyun 2014 14:51 (UTC +04:00)
Azərbaycanda Bakı 2015 ilk Avropa Oyunlarına 1 il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə Bakıda iyunun 11-də möhtəşəm gecə təşkil olunacaq.
Bakıda ilk Avropa Oyunlarının başlanmasına bir il qalması münasibətilə atəşfəşanlıq olacaq

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Azərbaycanda Bakı 2015 ilk Avropa Oyunlarına 1 il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə Bakıda iyunun 11-də möhtəşəm gecə təşkil olunacaq.

Trend-in məlumatına görə, Bakı Bulvarında Azərbaycanın tarixi Oyunlara ev sahibliyi etməsinin əsas mərhələsinə qədəm qoyması münasibətilə möhtəşəm atəşfəşanlıq olacaq.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən Oyunların başlanmasına 1 il qalması - unudulmaz geriyə sayımın startı münasibətilə rəngarəng tədbir keçirilməsi planlaşdırılıb.

Tədbir saat 23:00-da başlayacaq və Bakı Bulvarında yerləşən Paraşüt qülləsində daha yaxşı əks olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti