...

Ermənilər I Avropa Oyunlarında iştirakdan imtina etməyə səbəb görmürlər

İdman Materials 23 Dekabr 2014 15:29 (UTC +04:00)
Ermənistan Milli Olimpiya Komitəsi (MOK) Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakdan imtina etməyə səbəb görmür.
Ermənilər I Avropa Oyunlarında iştirakdan imtina etməyə səbəb görmürlər

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Ermənistan Milli Olimpiya Komitəsi (MOK) Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakdan imtina etməyə səbəb görmür. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə MOK-un baş katibi Qraçya Rostomyan deyib.

Onun sözlərinə görə, indiki mərhələdə təhlükəsizlik və digər məsələlərlə bağlı bütün problemlər həll edilib.

MOK-un baş katibi vurğulayıb ki, Ermənistan idmançılarının Oyunlarda iştirakı barədə yekun qərar 2015-ci ilin fevralında veriləcək.

Qeyd edək ki, İlk Avropa Oyunları 2015-ci il iyunun 12-28 aralığında keçiriləcək. Ümumilikdə Bakıda 20 idman yarışı təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti