...

Tərlan Əhmədovdan həmkarına məsləhət: "Rəqib futbolçulara hörmətlə yanaş"

İdman Materials 28 Noyabr 2015 17:22 (UTC +04:00)

Bakı. Trend:

"Qarşıda AZAL-ı çətin oyunlar gözləyir". Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, bunu Premyer Liqanın XIV turu AZAL - "Sumqayıt" (2:0) oyunundan sonra "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov deyib.hesabı ilə üstələdi.

T.Əhmədov qeyd edib: "Oyunun ağır keçəcəyini hiss edirdik, amma qələbə üçün oynamalı idik. "İnter"ə məğlubiyyətdən sonra futbolçulara demişdim ki, bütün günahlarınızı qələbə ilə yumalısınız. Qələbəyə, mübarizəyə görə futbolçulara təşəkkür edirəm. Açığı, oyunboyu səhvsiz mübarizə apardıq. Sadəcə, hücumda bir qədər problemlərimiz var. Qarşıda bizi çətin oyunlar gözləyir, zədəlilərimiz var".

Baş məşqçi bildirib ki, futbol aqressiv oyundur: "Amma mən heç vaxt rəqib futbolçuların nə etdiyinə diqqət eləməmişəm. Məşqçi olan şəxs rəqibin futbolçusuna qarşı aqressiv ola bilməz. "Sumqayıt"ın baş məşqçisi Samir Abasova da məsləhətim odur ki, gələcəkdə rəqib futbolçulara hörmətlə yanaşsın".

"Sumqayıt"ın baş məşqçisi S.Abasov isə çox danışmaq istəmədiyini deyib: "Çünki danışılası bir şey yoxdur. Düşündüklərimizi oyun vaxtı həyata keçirə bilmədik. Etdiklərimiz bizə qarşı işləyirdi. AZAL-ı təbrik edirəm, mübarizə aparıb qalib gəldilər. Ruslan Nəsirlinin oyundan sonra mənə yaxınlaşdığını görmədim. Əgər nəsə olubsa, bunu bağışlamaq olar. Gənc furbolçudur, qol vurdu, ona halal olsun. Qapıçı məsələsinə gəlincə, buna baxacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti