...

Cüdoçumuz Rüstəm Orucov Olimpiadada 1/4 finala çıxdı (YENİLƏNİB)

İdman Materials 8 Avqust 2016 19:14 (UTC +04:00)
Azərbaycanı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov 1/4 finala yüksəlib.
Cüdoçumuz Rüstəm Orucov Olimpiadada 1/4 finala çıxdı (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycanı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov 1/4 finala yüksəlib.

Trend-in məlumatına görə, 25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

O, qazaxıstanlı Didar Xamzanı cərimə xalları hesabına məğlub edib. Növbəti mərhələdə isə onun rəqibi Ceyk Bensted (Avstraliya) olub. Bu dəfə Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbəyə nail olub.

Onun 1/4 finaldakı rəqibi Mikloş Unqvari (Macarıstan) olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti