Bakı. Trend:
İspaniya superkubokunun ilk oyunu keçirilib.
Trend-in məlumatına görə, "Barselona" "Nou Kamp" stadionda "Real Madrid"i qəbul edib.
Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 17-i "Santyaqo Bernabeu" stadionunnda keçiriləcək.
Qollar: Pike, 50-avtoqol (0:1), Messi, 76-pen. (1:1), Ronaldo, 80 (1:2), Asesnsio, 90 (1:3)
Qırmızı vərəqə: Ronaldo, 82 ("Real")