Bakı. Trend:
AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Bakı şəhərinin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin 2019-cu ildə keçiriləcək final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub.
Trend-in məlumatına görə, görüşdə AFFA-nın vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak ediblər.
Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.