...

Daha bir rusiyalı gimnast Bakıda qızıl medal qazandı

İdman Materials 29 Aprel 2018 13:27 (UTC +04:00)
Daha bir rusiyalı gimnast Bakıda qızıl medal qazanıb.
Daha bir rusiyalı gimnast Bakıda qızıl medal qazandı

Bakı. Ənvər Məmmədov - Trend:

Rusiyalı gimnast Yekaterina Seleznyova Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda topla hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, o, finalda hakimlərdən 18.200 bal alıb.

Gümüş medala digər Rusiya təmsiçisi Mariya Sergeyeva (qalibdən cəmi 0,1 bal az), bürünc medala isə yapon idmançı Kaho Minaqava (17.950 bal) sahib olub.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun final mərhələsinə start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti