...

Rusiya Trampı DÇ-nin final matçına dəvət edəcək? - Peskovun cavabı

İdman Materials 29 İyun 2018 14:42 (UTC +04:00)
Rusiya hökumətinin ABŞ Prezidenti Donald Trampı futbol üzrə dünya çempionatının final matçına dəvət etmək üçün xüsusi niyyəti yoxdur.
Rusiya Trampı DÇ-nin final matçına dəvət edəcək? - Peskovun cavabı

Bakı. Trend:

Rusiya hökumətinin ABŞ Prezidenti Donald Trampı futbol üzrə dünya çempionatının final matçına dəvət etmək üçün xüsusi niyyəti yoxdur.

Trend-in məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, rəsmi Moskva final matçında xarici ölkə liderlərini görməkdən məmnun olacaq və bunun üçün xüsusi dəvətə ehtiyac yoxdur.

Qeyd edək ki, dünya çempionatında final matçı iyulun 15-də keçiriləcək. İyulun 16-da isə Vladimir Putinlə Donald Trampın Helsinkidə görüşü planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti