...

"Neftçi" "Bakcell Arena"ya qayıdır

İdman Materials 17 Avqust 2018 17:01 (UTC +04:00)
"Bakcell Arena”nın öt örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədir.
"Neftçi" "Bakcell Arena"ya qayıdır

Bakı. Trend:

"Neftçi” PFK-nın ev oyunlarını keçirdiyi "Bakcell Arena”nın öt örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədir.

Trend klubun saytına istinadən məlumat verir ki, bu prosesin avqustun 19-da baş tutacaq ilk ev matçınadək bitməsi nəzərdə tutulsa da, isti hava şəraiti buna imkan verməyib.

Bununla belə, "Neftçi” bu mövsüm ikinci ev oyununu "Bakcell Arena”da keçirəcək. Komanda sentyabrın 16-da "Keşlə” klubunu məhz bu stadionda qəbul edəcək.

Xatırladaq ki, avqustun 19-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti