...

AFFA-dan Cocuq Mərcanlı uşaqları üçün futbol bayramı (FOTO)

İdman Materials 16 Aprel 2019 15:47 (UTC +04:00)
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AFFA-dan Cocuq Mərcanlı uşaqları üçün futbol bayramı (FOTO)

Bakı. Trend:

AFFA-nın və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 16 aprel 2019-cu il tarixdə məşhur aprel döyüşlərində qəhrəman Ordumuzun qələbəsi nəticəsində yeni həyata qayıtmış Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə AFFA-nin 1-ci vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin Xaçmaz rayonundan seçilmiş deputatı İlham Əliyev, Cəbrayıl rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Məstəliyev iştirak ediblər. Tədbirdə layihənin rəhbəri Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Millət vəkili İlham Əliyev və rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Məstəliyev çıxış ediblər.

Çıxış edənlər ilk öncə 2016-cı ilin məşhur aprel döyüşlərində qəhrəman Ordumuz tərəfindən Lələ-Təpə yüksəkliyinin azad edilməsinin, Cocuq Mərcanlıda yeni həyata başlanmasının böyük əhəmiyyət daşıdığı haqqında danışdılar. Daha sonra çıxış edənlər “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin əhəmiyyətini qeyd edərək bildirdilər ki, 2003-cü ildən başlayaraq UEFA-nın razılığı ilə AFFA-nın, Uşaq və Gənclər Futbol Federasiyasıının və Rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Respublikamızda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi həyata keçirilir. 7-12 yaşlı oğlan və qızların iştirakını nəzərdə tutan bu layihənin əsas məqsədi uşaq futbolunun inkişafına köməklik göstərmək, uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzinin təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti