...

EYOF: Azərbaycan cüdoçusu Hüseyn Məmmədov finala yüksəlib

İdman Materials 26 İyul 2019 14:35 (UTC +04:00)
Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.
EYOF: Azərbaycan cüdoçusu Hüseyn Məmmədov finala yüksəlib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.

Trend-in məlumatına görə, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda moldovalı Alin Baqri üzərində ipponla qələbə qazanıb. İdmançımız qızıl medal uğrunda görüşdə Axmed Maqomadov (Rusiya) - Jan Karletti (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

81 kq-da yarışan Məhərrəm İmamverdiyev də təsəlliverici görüşlərdə qələbə qazanıb. O, bürünc medal uğrunda görüşdə İsrail təmsilçisi ilə qarşılaşacaq.

Qadın cüdoçu, 70 kq-da yer alan Nərmin Əmirli təsəlliverici görüşdə rusiyalı Yelizaveta Postnikovaya uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti