...

Dopinqə görə cəzalanan Ramin Əzizovun cəza müddəti 25 fevraldan hesablanmağa başlayıb

İdman Materials 17 Avqust 2020 13:43 (UTC +04:00)
Dopinqə görə cəzalanan Ramin Əzizovun cəza müddəti 25 fevraldan hesablanmağa başlayıb

Bakı. Asif Mehman - Trend:

Milli komandamızın sabiq taekvondoçusu Ramin Əzizov Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən cəzalandırılıb. İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya və Avropa çempionatının mükafatçısının orqanizmində istifadəsi qadağan edilmiş kannabinoidlər (Carboxy-THC) aşkarlanıb.

Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, o, bu səbəbdən iki illik diskvalifikasiyaya olunub. İdmançının cəza müddəti 25 fevral 2020-ci il tarixdən hesablanmağa başlanılıb.

Bu barədə məktub AMADA tərəfindən Azərbaycan Taekvonodo Federasiyasına iyulun 6-da göndərilsə də, koronavirus pandemiyası səbəbindən əməkdaşların işdə olmaması məktubun rəhbərliyə çatmaması ilə nəticələnib. Buna görə də federasiya rəsmiləri diskvalifikasiya barədə məlumatdan AMADA-nın açıqlamasından sonra xəbər tutublar.

Bildirək ki, Ramin Əzizov mart ayında idmançı karyerasını başa vurduğu barədə federasiya rəhbərliyinə rəsmi müraciət edib. Onun bundan sonra yarışlara çıxmayacağını nəzərə alan federasiya rəhbərliyi bu hadisə ilə bağlı hər hansı bir tədbir görməyi və ya hansısa quruma müraciət etməyi düşünmür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti