...

"Mançester Siti" "Liverpul"u 1 xal qabaqlayaraq liderliyə yüksəlib

İdman Materials 5 Dekabr 2021 04:15 (UTC +04:00)
"Mançester Siti" "Liverpul"u 1 xal qabaqlayaraq liderliyə yüksəlib

Bakı. Trend:

Bu gün İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində "Mançester Siti" "Uotford"un qonağı olub.

Trend-in məlumatına görə, oyun qonaqların 1:3 hesablı qələbəsi ilə yükunlaşıb.

"Mançester Siti"nin heyətində qolları Rəhim Sterlinq (4-cü dəqiqə) və Bernardu Silva (31 və 63) vurublar. Meydan sahibi komandasının yeganə qolunu isə 74-cü dəqiqədə Kuço vurub.

Bu oyundan sonra xallarının sayını 35-ə çatdıran "Mançester Siti" 34 xalla birinci yerdə olan "Liverpul"u geridə qoyaraq liderliyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti