...

FIFA Qətərdə keçiriləcək dünya çempionatından 7 milyard dollar gəlir əldə etməyi planlaşdırır

İdman Materials 31 Mart 2022 20:41 (UTC +04:00)
FIFA Qətərdə keçiriləcək dünya çempionatından 7 milyard dollar gəlir əldə etməyi planlaşdırır
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend

Beynəlxalq Futbol Federasiyası (FIFA) Qətərdə keçiriləcək dünya çempionatından 7 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu FIFA konqresində təşkilatın prezidenti Canni İnfantino bildirib.

O qeyd edib ki, bu göstərici rekord rəqəm olacaq. C.İnfantino əlavə edib ki, hazırda dünya futbolunda TV yayımlarından, sponsor və marketinq gəlirləri ilə bağlı vəziyyət koronavirus pandemiyasına baxmayaraq yaxşı vəziyyətdədir.

FIFA dünya çempionatının finalınadək TV yayım gəlirlərinin daha da artacağını gözləyir.

Qeyd edək ki, 2022-ci il futbol üzrə dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Final mərhələsinin püşkatma mərasimi aprelin 1-də Dohada baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti