Bulvarda Formula 1 tamaşaçıları üçün tribunaların quraşdırılmasına başlanılıb

İdman Materials 20 Aprel 2022 12:05 (UTC +04:00)
Bulvarda Formula 1 tamaşaçıları üçün tribunaların quraşdırılmasına başlanılıb

Bakı. Trend:

10-12 iyunda keçiriləcak 2022 Formula 1 Azərbaycan Qran Prisina hazırlıqlar çərçivəsində Formula 1 trası - Bakı Şəhər Halqasında tikinti işlərinə start verilib.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BSH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer deyib.

Onun sözlərinə görə, tikinti-quraşdırma işləri çərçivəsində təhlükəsizliyi təmin etmək məqsədilə beton blokların quraşdırılması prosesi başlayıb.

Builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində də tribunaların quraşdırılmasına başlanılıb. Trasla yanaşı Paddok ərazisində də infrastruktur-quraşdırma işlərinə start verilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti