Bakı. Trend:
Fransanın "Pari Sen-Jermen" klubu hücumçusu Kilian Mbappe ilə müqaviləni uzadıb.
Trend xəbər verir ki, bu barədə klubun "Twitter" səhifəsində bildirilib.
Məlumata əsasən, 23 yaşlı hücumçu ilə müqavilə 2025-ci ilin yayına qədər uzadılıb.