Konya.Trend:
Azərbaycanın yunan-roma güləşçisi Sənan Süleymanov V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Trend-in məlumatına görə, o, Qırğızıstan idmançısı Akmol Mahmudova 5:2 hesabı ilə uduzub.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq.