Bakı. Trend:
Tite 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında məğlub olan Braziliya milli futbol komandasının baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlayıb.
Trend xəbər verir ki, Titenin sözlərini "ESPN" telekanalı yayıb.
"Acı məğlubiyyət, amma özümlə barışıram. Dövrün sonu", - deyə Tite bildirib.
Xatırladaq ki, bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsinin ilk oyunu keçirilib.
Braziliya və Xorvatiya millilərinin qarşılaşdığı oyunun əsas vaxtı 0:0 hesablı heç-heçə ilə bitib. Oyunda oynanılan əlavə vaxt komanadaların hər biri 1 qol vurub - 1:1.
Penalti seriyasında isə xorvatlar daha dəqiq olublar və yarımfinala vəsiqə qazanıblar.