Bakı. Trend:
2027-ci il 15-19 sentyabr tarixlərində Azərbaycanın paytaxtı Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bu barədə qərar mayın 14-ü və 15-də Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Gimnastika Federasiyasının Şurasının iclasında səsvermə yolu ilə qəbul edilib.
Qeyd edək ki, yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı,
İsrail də namizədliyini irəli sürmüşdü.
Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya
çempionatı olacaq.
Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə də bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib.