...

Atletimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

İdman Materials 24 Avqust 2023 01:01 (UTC +04:00)
Atletimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan atletika üzrə dünya çempionatı davam edir.

Trend xəbər verir ki, milli komandamızın üzvü Anna Skidan mübarizəyə qoşulub.

Çəkicatma üzrə təsnifat mərhələsində iştirak edən idmançı 77.10 metr nəticə ilə final mərhələsinə yüksəlib.

Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyən atletimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xəbər lenti

Xəbər lenti