...

"Arsenal" Viktor Osimhenin transferi üçün "Mançester Yunayted"lə mübarizə aparacaq

İdman Materials 3 Mart 2025 08:49 (UTC +04:00)
"Arsenal" Viktor Osimhenin transferi üçün "Mançester Yunayted"lə mübarizə aparacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Arsenal" yay transfer pəncərəsində "Napoli"nin 26 yaşlı hücumçusu Viktor Osimhen üçün "Mançester Yunayted"lə rəqabət aparmağı planlaşdırır.

Trend-in "Sports Digitale" nəşrinə istinadən verdiyi məlumata görə, "Arsenal" yeni hücumçu transfer etməyi hədəfləyir.

Hazırda Osimhen "Qalatasaray"da icarə əsasında çıxış edir. Onun "Napoli" ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalına əsasən, futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti