Bakı. Trend:
Bu gün Avropanın bir sıra yaşıl meydanları maraqlı futbol qarşılaşmalarına ev sahibliyi edəcək.
Trend xəbər verir ki, İngiltərə, İtaliya, İspaniya və Türkiyə liqalarında görüşlər keçiriləcək.
İngiltərə Premyer Liqasında "Bournmut" "Fulhem"i, İtaliya A Seriyasında "Napoli" "Empoli"ni, İspaniya La Liqasında "Atletiko Madrid" "Valyadolid"i, Türkiyə Superliqasında isə "Eyüpspor" "Adana Demirspor"u qəbul edəcək.
14 aprel
Türkiyə Superliqası
Saat 21:00, "Eyüpspor" - "Adana Demirspor";
İtaliya A Seriyası
Saat 22:45, "Napoli" - "Empoli";
İngiltərə Premyer Liqası
Saat 23:00, "Bournmut" - "Fulhem";
İspaniya La Liqası
Saat 23:00 "Atletiko Madrid" - "Valyadolid".