...

Azərbaycan və BƏƏ arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 20 Oktyabr 2016 15:18 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rəsmi səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyəvin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün BƏƏ-nin daxili işlər nazirinin müavini ilə görüşüb.
Azərbaycan və BƏƏ arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub   (FOTO)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rəsmi səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün BƏƏ-nin daxili işlər nazirinin vətəndaşlıq, yaşama icazəsi və limanlar məsələləri üzrə müavini Xəlifə Hərib Əl-Xeyli ilə görüşüb.

Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, F.Nəbiyevin iki ölkəni birləşdirən əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun və Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq olaraq 2015-ci ilin 1-2 aprel tarixlərində Azərbaycana və 2016-cı ilin 1-2 fevral tarixlərində Ərəb Əmirliklərinə rəsmi səfərlərinin yada salıb, bu səfərlərin dost və qardaş ölkələrimiz arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişafı baxımından müstəsna əhəmiyyətini xüsusilə qeyd edib və Azərbaycanın BƏƏ ilə bütün sahələrdə əməkdaşlıq etmək niyyətində olduğunu general-mayor H.Əl-Xeylinin diqqətinə çatdırıb.

Sonra Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsinin də ən yüksək beynəlxalq standartlara uyğun inkişafına böyük önəm verdiyini bildirən general-leytenant F.Nəbiyev rəhbərlik etdiyi, 2007-ci ildə təsis edilmiş qurum və qurumun vəzifələri haqqında ətraflı məlumatlar təqdim edib və fürsətdən istifadə edərək, nazir müavinini ölkəmizə rəsmi səfərə dəvət edib.

Öz növbəsində, BƏƏ rəsmisi dost Azərbaycanla əlaqələrin həqiqətən də yüksək səviyyədə olduğunu təsdiqləyərək, ölkə rəhbərləri ilə yanaşı, dövlət və hökumət nümayəndələri arasında səfər mübadilələrinin də önəmliyini qabardıb, BƏƏ vətəndaşları üçün regionun turizm mərkəzinə çevrilən Azərbaycanda qısa müddət ərzində miqrasiya sahəsində görülən işlərin səviyyəsinə heyran olduğunu və bu sahədə dost Azərbaycanla əməkdaşlıq etməyə və lazımi dəstək verməyə hazır olduğunu F.Nəbiyevin diqqətinə çatdırıb, rəhbərlik etdiyi qurumun strukturu və fəaliyyəti barəsində müfəssəl danışıb, Azərbaycana dəvətə görə təşəkkürünü ifadə edib və böyük məmnuniyyətlə səfərini həyata keçirəcəyini vəd edib.

Görüş əsnasında, miqrasiya, daimi və müvəqqəti yaşama icazəsi və başqa məsələlər üzrə tərəfləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti