...

Azərbaycan məhsulları Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq

İqtisadiyyat Materials 15 May 2018 10:31 (UTC +04:00)
Mayın 16-dan 18-dək Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan 17 şirkətlə təmsil olunacaq.
Azərbaycan məhsulları Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq

Bakı. Trend:

Mayın 16-dan 18-dək Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan 17 şirkətlə təmsil olunacaq.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim ediləcək. Pavilyonumuzda meyvə şirələri, konservləşdirilmiş məhsullar, müxtəlif növ şərablar və spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay, zəfəran, quru meyvə və s. məhsullar nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti