Bakı. Trend:
Kapital Bank bütün səhiyyə işçiləri üçün yeni güzəştli kredit aksiyası təqdim edir.
Trend-in məlumatına görə, kreditin aylıq ödəniş məbləği 33 manatdan başlayacaq. Aksiyadan əmək haqqını Kapital Bank kartları ilə almayan səhiyyə işçiləri də yararlana biləcəklər.
Şərtlərə görə, kreditin illik faiz dərəcəsinə 5%-dək endirim edilir və komissiyasız rəsmiləşdirilir. Üstəlik kredit götürənlərə BirKart hədiyyə olunacaq. 8 500 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya 30 iyun 2018-ci il tarixədək keçirilir.
Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.