...

Gənc sahibkarlar və ideya sahibləri üçün mükəmməl bir imkan yaranır! (VİDEO)

İqtisadiyyat Materials 12 Fevral 2019 14:30 (UTC +04:00)
Qazan innovativ startuplar ucun biznes inkubatorudur.
Gənc sahibkarlar və ideya sahibləri üçün mükəmməl bir imkan yaranır! (VİDEO)

Bakı. Trend:

Qazan!

Qazan nədir? Qazan innovativ startuplar ucun biznes inkubatorudur.

İdeyasını həyata keçirmək və ya möcvud biznesin dəstək almaq istəyən şəxslər QAZAN layihəsinə faydalana bilərlər. Belə ki, “QAZAN” çərçivəsində “İMİC” şirkətinin dəstəyi ilə biznes inkubasiyası və akselerasiyasını həyata keçirəcəkdir.

“QAZAN”ın məqsədi seçilmiş ideya sahiblərinə nəzəri və təcrübi biliklər verməklə onların startap fəaliyyətini stimullaşdırmaq 500 000 AZN qədər maliyyələşdirmək və dəstək olmaq, Eyni zamanda Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına töhfə verməkdir.

1. Layihə iştirakçıları Azərbaycanda və xaricdə fəaliyyət göstərən iş adamlarından biznesin təşkili və idarə edilməsi haqqında əhəmiyyətli məlumatları alacaqlar. İdeya sahibləri və gənc sahibkarlar öz biznesləri barədə məlumatı www.imic.az/qazan linkinə keçərək daxil edib müraciət formasını doldurmalıdırlar. Müraciətlər fevral ayının 10-undan etibarən qəbul olunacaqdır.

2. İlkin seçmə mərhələsindən keçən ideya sahibləri ilə görüş keçiriləcək və onlarla müqavilə bağlanılacaqdır.

3. Sonradan isə bu şəxslər müvafiq təlimlərdən keçərək biznesin idarəolunması, resurların düzgün istifadəolunması və sonradan investisiyaların cəlbolunması prosesinə cəlb olunacaqdırlar.

4. Son olaraq bütün proseslərdən uğurla keçən ideya sahiblərinə öz şirkətlərinin yaradılması üçün gərəkli addımlar atılacaqdır.

Layihə sayəsində sahibkarlığa yeni addım atanlar potensial müştəriləri aşkar etmək və onlarla əlaqə yaratmaq üçün mövcud üsul və vasitələr haqqında məlumatlandırılıb, istər ölkədaxili, istərsə xaricdən olan potensial biznes tərəfdaşlarını (həmtəsisçiləri, investorları, mentorları və biznes məsləhətçilərini) aşkar etmək, onlarla görüşüb birgə iş birliyi qurmaq haqqında biliklər əldə ediblər. İştirakçılar, həmçinin biznesin təşkili, əqli mülkiyyət hüquqları, şirkətlərdə sahiblik və şəriklik formaları, biznesə maliyyənin cəlb olunması üsulları və yeni texnologiyalardan şirkət işində istifadə yolları barədə müvafiq bilik və bacarığa yiyələnmək şansı qazanırlar.

IMIC investisiya üçün geniş həll yolları və xidmətləri təklif etməklə geniş spektri əhatə edən aktiv siniflərinə aid investisiyaları idarə edir. Komandamız biznes məqsədlərinə nail olmaq və 500 000 AZN gədər maliyyələşdirmə təklif edir. Biz xüsusilə, nou-hau (know-how) texnologiyaları, yüksək texnologiyalı həll yolları və alternativ üsulları, eləcə də ideyaları Azərbaycanın işgüzar mühitinə tanıtmağa maraqlıyıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti