...

Yem satışı mağazasında nöqsanlar aşkarlanıb (FOTO)

İqtisadiyyat Materials 22 Aprel 2021 15:27 (UTC +04:00)
Yem satışı mağazasında nöqsanlar aşkarlanıb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ağsu şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən, fiziki şəxs Həmidov Xalis Şükür oğluna məxsus yem satışı mağazasında nöqsanlar aşkarlanıb.

AQTA-dan Trend-ə verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Ağsu şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən, fiziki şəxs Həmidov Xalis Şükür oğluna məxsus yem satışı mağazasında yoxlama keçirilib. Yoxlama zamanı mağazada məhsulların texniki normativ hüquqi aktların tələblərinə uyğun saxlanmadığı, həmçinin temperatur rejiminə əməl olunmadığı aşkar edilib.

Eyni zamanda, çalışan işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, müəssisədə sanitar norma və qaydalara əməl edilmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, icrası məcburi olan göstərişlər verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti