...

Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib (FOTO)

İqtisadiyyat Materials 18 May 2021 18:01 (UTC +04:00)
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib (FOTO)

Bakı. Trend:

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda ötən dövr ərzində görülmüş işlər müzakirə edilib. Alt-məqsədlər və hədəf göstəriciləri razılaşdırılıb, atılacaq növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti