...

"Azərkosmos"un xidmət ixracı 2 faiz artıb

İqtisadiyyat Materials 31 Avqust 2021 15:30 (UTC +04:00)
"Azərkosmos"un xidmət ixracı 2 faiz artıb

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 28,7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 92 faizini təşkil edib. 2020-ci ilin yanvar-iyul ayları ərzində "Azərcosmos" ASC 28,1 milyon dollarlıq xidmət ixrac etmişdi. Bu o deməkdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artım olub.

2021-ci ilin iyul ayında isə “Azərkosmos” ASC dünyanın 24 ölkəsinə 6,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2021-ci ilin yanvar-iyul ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 9,6 milyon ABŞ dolları ilə ABŞ, 5,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 5,6 milyon ABŞ dolları ilə Fransa, 3,7 milyon ABŞ dolları ilə Malayziya və 1 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti