...

Azərbaycan 2 milyon dollar dəyərində peyk xidmətləri ixrac edib

İqtisadiyyat Materials 28 Fevral 2022 20:09 (UTC +04:00)
Azərbaycan 2 milyon dollar dəyərində peyk xidmətləri ixrac edib

Bakı. Elçin Mehdiyev – Trend:

2022-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 29 ölkəsinə 2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizini təşkil edib.

Trend-in məlumatına görə, 2022-ci ilin yanvar ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 0,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 0,4 milyon ABŞ dolları ilə ABŞ, 0,4 milyon ABŞ dolları ilə Fransa, 0,2 milyon ABŞ dolları ilə BƏƏ, 0,1 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

2022-ci ilin yanvar ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 204,7 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti