...

Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində qarşıda duran bütün vəzifələr icra edilir - TƏHLİL

İqtisadiyyat Materials 13 Aprel 2022 15:41 (UTC +04:00)
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində qarşıda duran bütün vəzifələr icra edilir - TƏHLİL
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dünən Prezident cənab İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Qlobal şokların aktiv olmasına baxmayaraq ötən rübdə Azərbaycan iqtisadiyyatı sürətli artım tempini qoruyub saxlaya bilib. Belə ki, birinci rübdə ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatı isə 10 faizdən çox böyüyüb.

Beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən postmünaqişə reallıqlarını qəbul edib, eyni zamanda, Azərbaycana olan maraq daha da artıb. Bu maraq böyük investisiya layihələrində özünü göstərir. Təkcə bu ilin üç ayında bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyulub.Xarici dövlət borcu azalıb. Keçən ilin aprelində xarici dövlət borcu ÜDM-in 18 faizini təşkil edib, hazırda cəmi 12,5 faizdir. Azərbaycan bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox aşağı salıb

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində qarşıda duran bütün vəzifələr icra edilir.

Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, bu ilin əvvəlində minimum əmək haqqının və eləcə də dövlət sektorunda çalışanların maaşlarındakı artım ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə təsirsiz ötüşməyib.

"2022-ci ilin yanvar-fevral aylarında orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,0 faiz artaraq 768,3 manat olub. Muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min nəfər və ya 0,2 faiz artaraq 1682,1 min nəfər olub, onlardan 902,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 779,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu ilin ilk 3 ayında ixrac idxalı 5,1 milyard dollar üstələyib və bu da xarici ticarət balansında böyük müsbət saldonun yaranmasına səbəb olub. Sözügedən müddətdə dünya bazarında müşahidə edilən qiymət artımları Azərbaycan istehlak bazarından da təsirsiz ötüşməyib. 2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin uyğun dövrünə nisbətən 112,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil edib", - deyə o vurğulayıb.

V.Bayramov, həmçinin, bildirib ki, cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 112,1 faiz təşkil edib. Bununla yanaşı, ötən rübdə infilyasiya qarşı mübarizə gücləndirilib. Sahibkarlar üçün artıq yeni təşviq mexanizmləri təklif olunur.

"Bütövlükdə, bu ilin ilk rübünün nəticələri Azərbaycan iqtisadiyyatında artım tendensiyasının davam etdiyindən xəbər verir. 2021-ci ildə ÜDM 5.6 faiz böyümüşdürsə, 2022-ci ilin ilk 3 ayında artım 6.8 faizədək yüksəlib. Bir sıra əsas ticarət tərəfdaşlarımızdakı valyuta qıtlığının müşahidə edilməsi fonunda Azərbaycanda iqtisadi artım tempinin yüksəlməsi bu ilk rübünün nəticələrini müsbət qiymətləndirməyə imkan verir", - deyə o əlavə edib.

Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə bildirib ki, 2022-ci ilin üç ayında Azərbaycan bütün sahələrdə, o cümlədən, sosial-iqtisadi inkişaf sahəsində uğurla inkişaf edib.

Deputat qeyd edib ki, bu müddət ərzində Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxlayıb. “Belə ki, ümumi daxili məhsulun 6,8 faiz artımı postpandemiya dövründə böyük nailiyyətdir. Bununla yanaşı, iqtisadiyyatımızın bütün sahələrində artım müşahidə edilib.

Qeyri-neft iqtisadiyyatı 10 faizdən, sənaye istehsalı 4 faizdir, qeyri-neft sənaye istehsalı 18 faizdən çox, xarici ticarət dövriyyəsi isə 60 faizdən çox artıb. Bununla yanaşı, Azərbaycan qeyri-neft iqtisadiyyatına qoyulan investisiyaların həcmində də artım qeydə alınıb. Belə ki, 2022-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 10,1 faiz artıb”, - deyə deputat bildirib.

O əlavə edib ki, sosial sahədə də ölkəmiz bu ilin ilk rübünü uğurla başa vurub. “Bu müddət ərzində Azərbaycanda sosialyönümlü layihələrin icrası davam etdirilib, əhalinin həssas təbəqəsi bu layihələrdən faydalanıb.

Xüsusilə, şəhidlərin ailə üzvlərinə, öz sağlamlığını itirən müharibə əlillərinə, eyni zamanda, müharibə iştirakçılarına dövlət dəstəyinin genişləndirilməsi istiqamətdə sosial ödənişlərin təminatı həyata keçirilib, 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunub. 11 min şəhid ailəsi üzvü və müharibə əlilinə məşğulluq tədbirləri görülüb. Onların yarısı özünüməşğulluq proqramlarına cəlb edilib və bu çərçivədə onlara kiçik ailə təsərrüfatının qurulması imkanı yaradılıb. Bu ilin birinci rübündə 200 mənzil verilib, ilin sonunadək daha 1500 mənzilin təqdim olunması planlaşdırılıb. Bütün bu tədbirlərin həyata keçirilməsinə imkan verən amil Azərbaycanın iqtisadi inkişafıdır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatımız öz inkişafnı davam etdirir”, - deyə deputat əlavə edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti