Bakı. Trend:
Tikinti materialları bazarında qiymətlər stabilləşib.
Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
R.Osmanlının sözlərinə görə, tikinti materialları bazarında Ukrayna-Rusiya arasında baş verən müharibəyə görə, qiymət artımları baş verdi.
"Müharibə ölkəmizdə tikinti materialları bazarında da qiymətlərə təsir edib. Belə ki, ölkəmizə tikinti materialları əsasən Ukrayna və Rusiyadan idaxal olunur. Müharibəyə görə materialların göndərilməsində məhdudiyyətlər yarandığından qiymətlər sürətlə bahalaşmışdı. Aprelin 10-dan tikinti bazarlarında qiymətlərin stabilləşməsi müşahidə edilir. Belə ki, taxta və bəzi malların qiymətində azalma olmasa da qiymətlər sabit qalıb. Qiymətlərin stabilləşməsinin əsas səbəbi tələbin qismən aşağı düşməsiylə bağlıdır. Ayın axrına doğru qiymətlərin dəyişib-dəyişməyəcəyi proseslərdən aslı olacaq. ",- deyə ekspert bildirib.