...

Azərkosmos “Signalhorn” şirkəti ilə birgə Afrikaya peyk xidmətləri təqdim edəcək

İqtisadiyyat Materials 27 Aprel 2022 17:18 (UTC +04:00)
Azərkosmos “Signalhorn” şirkəti ilə birgə Afrikaya peyk xidmətləri təqdim edəcək

Bakı. Trend:

Azərkosmos və İsveçrənin “Signalhorn” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən “Signalhorn” “Azerspace-1” peykinin C diapazonu vasitəsilə Afrika regionundan olan müştərilərinə xidmət göstərəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildirilib ki, Azərkosmos və “Signalhorn” “iDirect” peyk rabitə platformasından istifadə etməklə Afrikada humanitar yönümlü layihələrdə genişzolaqlı peyk xidmətləri və çoxsaylı peyk tətbiqləri təqdim edəcək.

“Siqnalhorn” ilə əməkdaşlığımız Afrika regionundakı mövqeyimizi daha da gücləndirəcək, qabaqcıl, etibarlı və çevik həllərimiz yeni layihələrə yol açacaq”, – deyə Azərkosmosun baş kommersiya direktoru Mark Qusriye bildirib.

“Yeni müqavilə iki şirkət arasındakı davamlı əməkdaşlığı təmin edəcək və Afrikada “Azerspace-1” peykindən istifadə edənlərin sayı artmış olacaq. Biz tərəfdaşımız Azərkosmosla birgə xidmətimizin etibarlılığına tam əminik”, – deyə “Signalhorn”un baş kommersiya direktoru Nigel Gibson qeyd edib.

Qeyd edək ki, “Signalhorn” şirkəti qlobal miqyasda şəbəkə xidmətləri və kommunikasiya həlləri üzrə 40 ildən çox təcrübəyə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti