Bakı. Trend:
Çinin Tuanjiecun dəmir yolu stansiyadan Finlandiyaya göndərilən ilk blok qatar yükləri Bakı Limanına çatıb.
Bu barədə Trend-ə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən məlumat verilib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu (Traceca) çərçivəsində
Qazaxıtanın Kurik limanından “Ağdam” və “Naxçıvan” gəmi-bərəsi ilə
daşınan 54 konteynerdən ibarət blok qatarının birinci hissəsi ötən
gecə Bakı Limanına çatdırılıb. Bərə terminalına yan alan yüklərin
boşaldılması əməliyyatı operativ formada, 1 saat 45 dəqiqə ərzində
icra edilib. Biraz öncə limana yan alan Naxçıvan gəmi-bərəsində də
sənədləşmə işləri tamamlandıqdan sonra bərənin boşaldılması
əməliyyatı operativ şəkildə icra ediləcək.
Finlandiyanın "Nurminen Logistics" şirkətinə məxsus yüklərin əsas
hissəsi avtomabil ehtiyat hissələri, plastik məhsullar, tekstil
avadanlıqları və sair bu kimi qeyri qida məhsullarından ibarətdir.
Konteynerləşdirilmiş formada, platformalar üzərində daşınan bu
yüklər Gürcüstanın Poti limanına yola salınacaq və Qara Dəniz
vasitəsilə gəmi-bərələrlə Avropaya, Ruminyanın Konstansa limanına
göndəriləcək.Daha sonra isə blok qatar son təyinat nöqtəsi olan
Finlandiyaya çatdırılacaq.
Qeyd edək ki, bir müddət əvvəl "Nurminen Logistics" şirkətinin
rəhbər heyəti Bakı Limanına səfər edib, texniki imkanlar tanış
olduqdan sonra blok qatarın məhz bu marşurutla daşınmasına qərar
vermişdi.