Bakı. Trend:
Türkiyə 2022-ci ilin yanvar-may aylarında Gürcüstana dəri məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 53,9 faiz artıraraq 5,4 milyon dollara çatdırıb.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.
May ayında Türkiyə Gürcüstana dəri məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 28,2 faiz artıraraq 869 min dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz artaraq 807 milyon dollara bərabər olub.
Bu ilin may ayında Türkiyə 117 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 16,1 faiz çoxdur.
Son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 1,9 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.