...

Yanvar ayından Yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi tətbiq ediləcək

İqtisadiyyat Materials 30 Dekabr 2022 16:30 (UTC +04:00)
Yanvar ayından Yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi tətbiq ediləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar ayından Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi tətbiq ediləcək.

Trend-in məlumatına görə, bunu bu gün Agentliyin sədri Samir İdayətov brifinq zamanı deyib.

O qeyd edib ki, hazırlanmış platforma vasitəsilə Yer təki sahəsində fəaliyyət göstərən istismarçılar bütün əməliyyatları elektron formada yerinə yetirə biləcəklər.

"Hesabatların təqdim edilməsi, razılaşdırılması zəruri olan sənədlərin və digər müraciətlərin şəxsi kabinet vasitəsilə "online" formada göndərilməsi təmin ediləcək. Platforma daxilində vahid məlumat bazası yaradılacaq.

Agentlik tərəfindən qəbul edilmiş 5 GK hesabatları və yer təki sahəsindən istifadəyə dair verilmiş icazə sənədləri (DMAA) barədə vahid məlumat bazasına mövcud məlumatların inteqrasiyası da təmin ediləcək.

Platformada hər biri ayrı bölmədə yataqlar haqqında məlumat, onların isifadəsinə dair hesabatlar, hərraca çıxarılacaq yataqlar, hərracda iştirak şərtləri, cərimələrin məbləğləri haqqında məlumatlar və tərtib olunan aktlar əks olunacaq. Bundan əlavə, sayt vasitəsi ilə istismarçılar onlar üçün qaranlıq qalan bütün prosedurlar və əməliyyatlar haqqında Agentliyin mütəxəssislərinə müraciət ünavanlaya biləcəklər. Bu platformanı yaratmaqda əsas məqsəd operativliyi, şəffaflığı və sahibkarların işində rahatlığı təmin etməkdir",- deyə sədr əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti