...

Bu şəxslərlə bağlı yeni məsuliyyət müəyyən edilir

İqtisadiyyat Materials 22 İyun 2023 12:06 (UTC +04:00)
Bu şəxslərlə bağlı yeni məsuliyyət müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Satınalma komissiyasının sədri və digər üzvləri bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf mövqedən çıxış etməlidir.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, satınalma komissiyası bu Qanunun və bu Qanundan irəli gələn normativ hüquqi aktların tələblərini pozduqda, təchizatçılar nəzarət orqanına müraciət edə bilərlər. Nəzarət orqanı satınalmanın təşkili və keçirilməsi zamanı normativ hüquqi aktların pozulmasını təsdiqləyərsə, satınalmanın nəticələri ləğv olunur və satınalan təşkilat həmin hal üzrə yeni satınalma keçirir. Bu halda, qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, satınalma komissiyanın sədri və digər üzvləri 5 (beş) il ərzində hər hansı satınalma komissiyasının sədri və ya üzvü olmaq hüququndan məhrum edilir.

Satınalma komissiyasının sədri və ya digər üzvlərinin qanuna zidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində təchizatçıya maddi zərər dəymişdirsə və bu, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmişdirsə, zərəri satınalan təşkilat ödəyir və bu barədə portalda məlumat dərc edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti