...

"Azərkosmos" ötən ay 1,6 mln. dollarlıq peyk xidmətləri ixrac edib

İqtisadiyyat Materials 24 İyun 2023 13:03 (UTC +04:00)
"Azərkosmos" ötən ay 1,6 mln. dollarlıq peyk xidmətləri ixrac edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 42 ölkəsinə 7,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”na istinadən xəbər verir.

“Azərkosmos” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77%-ni təşkil edib. 2023-cü ilin may ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,7 milyon ABŞ dolları ilə Lüksemburq, 689,8 min ABŞ dolları ilə BƏƏ, 430,8 min ABŞ dolları ilə Almaniya və 363 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti