...

Rəqabət Məcəlləsi üçüncü oxunuşda qəbul edildi

İqtisadiyyat Materials 8 Dekabr 2023 12:05 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasına Rəqabət Məcəlləsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, Rəqabət Məcəlləsi Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə sentyabrın 7-də Milli Məclisə daxil olub.

Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.

Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti