...

AKİA tərəfindən ötən il 6477 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib

İqtisadiyyat Materials 20 Yanvar 2024 05:36 (UTC +04:00)

Bakı. Trend:

Keçən il Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 6477 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Trend-in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Trend-ə bildirilib. Məlumata əsasən, 2023-cü ilin yanvar-dekabr ayları ərzində AKİA tərəfindən aqrar sektorda fəaliyyət göstərən 3964 fiziki və hüquqi şəxsə 73,7 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun 47,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 1,1 milyon manatı güzəştli kreditlər, 25,1 milyon manatı isə mikrokreditlərdir.

Həmçinin il ərzində AKİA tərəfindən 3065 baș damazlıq heyvanın (2189 baş iribuynuzlu, 876 baş xırdabuynuzlu) alışına 7,4 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 83,9 milyon manat güzəşt vəsait ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti